Xəbər verdiyimiz kimi, “Qarabağ”ın bud-çanaq oynağından əməliyyat olunan qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicə-bərpa müddəti bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qolkiper 4-6 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.
Ötən gün Misli Premyer Liqasının birinci turundan təxirə salınan “Sabah”la matçda zədələnən yarımmüdafiəçi Joni Montiel isə arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7-10 gün ərzində gözlənilir.
Komandanın digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesi “Qarabağ”ın tibbi heyətinin nəzarəti altında davam edir.
