Şahrudin Məhəmmədəliyev əməliyyat olunub - VİDEO

18 Dekabr 2025 16:43
157
Şahrudin Məhəmmədəliyev əməliyyat olunub - VİDEO

Bu gün Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

İdman.Biz xəbər verir ki, 31 yaşlı qapıçı adıçəkilən şəhərdə özəl klinikaların birində çalışan professor, doktor Stefan Fikert tərəfindən sol bud oynağından uğurlu əməliyyat keçirib.

Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.

İdman.Biz