UEFA Çempionlar Liqasının yeddinci turunda “Qarabağ”ın rəqibi olan Almaniyanın “Ayntraxt” klubu yeni transferini açıqlayıb.
İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, Franskfurt təmsilçisi yaponiyalı oyunçu Keyta Kosuqi ilə müqavilə imzalayıb.
18 yaşlı futbolçu yeni ilin əvvəlində “Roasso Kumamoto” klubundan “Ayntraxt”a qoşulacaq.
Qeyd edək ki, “Qarabağ”-”Ayntraxt” oyunu 2026-cı il yanvarın 21-də, saat 21:45-ə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
