Misli Premyer Liqası: “Sabah” geridönüşlə “Qarabağ”ı məğlub edərək liderliyə yüksəlib - YENİLƏNİB + VİDEO

18 Dekabr 2025 21:24
413
Misli Premyer Liqası: “Sabah” geridönüşlə “Qarabağ”ı məğlub edərək liderliyə yüksəlib

“Sabah” - “Qarabağ” oyunu başa çatıb.

İdman.Biz bildirir ki, “Sabah” qarşılaşmada qalib gəlib - 2:1.

Bu qələbədən sonra “Sabah” 34 xalla lider mövqeyinə yüksəlib. “Qarabağ”ın 15 oyundan 33 xalı var və ikinci yerdə qərarlaşıb.

21:19

“Sabah” - “Qarabağ” oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, 88-ci dəqiqədə Aron Maluda “Sabah”ı hesabda irəli çıxarıb - 2:1.

20:43

“Sabah” - “Qarabağ” oyununda hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 52-ci dəqiqədə Coy Lens Mikels hesaba tarazlıq gətirib - 1:1.

20:35

“Sabah” - “Qarabağ” oyununda ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, matçda Ağdam klubu 1:0 hesabı ilə irəlidədir.

20:19

“Sabah” - “Qarabağ” oyununda ilk hissə qurtarıb.

İdman.Biz bildirir ki, qarşılaşmada Ağdam klubu 1:0 hesabı ilə irəlidədir.

19:42

“Sabah” - “Qarabağ” oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 9-cu dəqiqədə Abdullah Zubir ağdamlıları irəli çıxarıb.

19:30

Misli Premyer Liqasında birinci turdan təxirə salınmış “Sabah” - “Qarabağ” oyunu başlayıb.

İdman.Biz bildirir ki, matçı hakim Elçin Məsiyev idarə edir.

18:40

“Sabah” Misli Premyer Liqasının birinci turunun təxirə salınmış oyununda doğma meydanda “Qarabağ”ı qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 19:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Sabah”: 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 46. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmiro 88. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 7. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 81. Kevin Medina 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

09:32

Bu gün Misli Premyer Liqasında birinci turdan təxirə salınmış “Sabah” - “Qarabağ” oyunu baş tutacaq.

İdman.Biz xəbər verir ki, qarşılaşma saat 19:30-da “Bank Respublika Arena”da keçiriləcək.

“Qarabağ” 33 xalla turnir cədvəlində birinci, “Sabah” isə 31 xalla ikinci yerdə qərarlaşıb.

18 dekabr (cümə axşamı)
19:30 “Sabah” - “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”

İdman.Biz
Məqalədə: