“Barselona” azarkeşləri Voyçex Şezniyə “istirahət kralı” təxəllüsünü veriblər

Xəbərlər
19 Dekabr 2025 16:34
44
“Barselona” azarkeşləri Voyçex Şezniyə “istirahət kralı” təxəllüsünü veriblər

İspaniyanın “Barselona” klubunun azarkeşləri qapıçı Voyçex Şezniyə bir neçə oyun ehtiyatda qalmasından sonra “istirahət kralı” təxəllüsünü veriblər.

İdman.Biz bu barədə İspaniya KİV-ə istinadən məlumat yayıb.

Məlum olub ki, polşalı qapıçı baş məşqçi Hans-Diter Fliki inandıraraq start heyətində meydana çıxmaqdan imtina edib.

Flik əvvəlcə Voyçex Şeznini əsas heyətdə buraxmağı planlaşdırsa da, Andre Ter Ştegenin də iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra qərarını dəyişib.

Görüş zamanı Voyçex Şezni bildirib ki, uzun müddətdir oynamayan Ter Şteqen şans qazanmalıdır, özü isə məmnuniyyətlə yerini ona verəcək.

Lakin “Barselona”nın baş məşqçisi və klub rəhbərliyi qapıçının bu addımını yüksək qiymətləndirib.

Klubda Voyçex Şezninin bu davranışı nümunəvi və əsl peşəkarlıq örnəyi kimi dəyərləndirilib.

İdman.Biz
Məqalədə: