İspaniyanın “Real Madrid” klubunun keçmiş müdafiəçisi Marselo “Barselona”nın keçmiş hücumçusu Lionel Messini karyerası boyunca qarşılaşdığı ən çətin rəqib hesab etdiyini deyib.
İdman.Biz xəbər verir ki, bu barədə o, “Daily Sports”a müsahibəsində bildirib.
O, Messinin yanında başqa güclü rəqiblər də olduğunu qeyd edib, ancaq argentinalı ulduzun müdafiəsini çətinləşdirdiyini vurğulayıb.
“Ən çətin rəqibim? Messi müdafiə üçün həqiqətən baş ağrısı idi. Jesus Navas da mənə çətin anlar yaşatdı, Xabi Prieto müdafiə etmək baxımından çox çətin idi. Pedro da çox yaxşı idi”, - deyə Marselo bildirib.
Marselo karyerası ərzində “Real Madrid”də 2007-2022-ci illər arasında 546 oyun keçirib, 38 qol vurub və 104 məhsuldar ötürmə verib. Bu ilin fevralında peşəkar karyerasını bitirdiyini elan edib və son klub olaraq uşaqlıq komandası “Fluminense”də çıxış edib.
