Azərbaycanda FIFA referilərinin sayı artıb - FOTO

Xəbərlər
19 Dekabr 2025 16:56
37
Azərbaycanda FIFA referilərinin sayı artıb - FOTO

Azərbaycanı 2026-cı ildə beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı təsdiqlənib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.

Yeni FIFA referilərinin siyahıya daxil edilməsi münasibətilə AFFA-nın baş katibi Cahangir Fərəcullayev referilərlə görüşərək onları təbrik edib, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Bleker, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2026-cı ildə Azərbaycanı beynəlxalq arenada təmsil edəcək FIFA referilərinin siyahısı:

Referilər

Kişilər

Əliyar Ağayev

Elçin Məsiyev

Kamal Umudlu

Tural Qurbanov (yeni)

Qadınlar

Fəridə Lütfəliyeva

Referi köməkçiləri

Zeynal Zeynalov

Akif Əmirəli

Elşad Abdullayev

Pərvin Talıbov

Namiq Hüseynov

Vüsal Məmmədov

Cəmil Qulliyev (yeni)

Asiman Əzizli (yeni)

Qadınlar

Gülnurə Əkbərzadə

Sevda Nurıyeva

VAR hakimləri

Nicat İsmayıllı (yeni)

İnqilab Məmmədov (yeni)

Fərid Hacıyev (yeni)

Futzal üzrə referilər

Hikmət Qafarlı

Knyaz Əmiraslanov

Əli Cəbrayılov

Çimərlik futbolu üzrə referi

Nail Nağıyev

İdman.Biz
Məqalədə: