İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Pep Qvardiola karyerasının gələcək mərhələsi ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis son illərdə demək olar hər mövsüm müəyyən dövrdə onun gələcəyi barədə sualların verildiyini bildirib və klubla yollarını bir gün mütləq ayıracağını deyib.
Qvardiola mövzuya toxunarkən ayrılığın zaman məsələsi olduğunu vurğulayıb və bunun 75-76 olacağını söyləyib.
İspan çalışdırıcı eyni zamanda mövcud müqaviləsinə də toxunub. Onun sözlərinə görə, müddətin bitməsinə təxminən 18 ay qalıb və bu zaman ərzində komandanın inkişafından böyük məmnunluq duyur.
Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən etibarən “Mançester Siti”ni çalışdırır və bu müddət ərzində klub İngiltərə Premyer Liqasında və Avropada bir sıra mühüm uğurlara imza atıb.
