40 yaşlı Ronaldu ideal bədən quruluşu ilə azarkeşlərin diqqətini cəlb edib - FOTO

19 Dekabr 2025 18:30
158
40 yaşlı Ronaldu ideal bədən quruluşu ilə azarkeşlərin diqqətini cəlb edib - FOTO

40 yaşlı ulduz futbolçu Kriştianu Ronaldu saunadan sonra çəkdiyi fotonu ictimailəşdirib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu fotonu öz “Instagram” səhifəsində dərc edib.

Əla bədən quruluşunu qorumağı bacaran futbolçunun şəkli qısa müddətdə böyük marağa səbəb olub. Azarkeşlər futbolçunun fiziki formasını yüksək qiymətləndiriblər. Ronaldo yaşı ilə müqayisədə ideal bədən quruluşu ilə fanatlarını növbəti dəfə heyrətləndirib.

Məlumat üçün əlavə edək ki, hazırda Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edir.

İdman.Biz