Matvey Safonovun əli sınıb

Xəbərlər
19 Dekabr 2025 17:42
33
Matvey Safonovun əli sınıb

PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov Qitələrarası kubokun finalında “Flamenqo”ya qarşı oyunda zədələnib.

İdman.Biz xəbər verir ki, məlumatı PSJ-nin mətbuat xidməti yayıb.

Qeyd olunur ki, müayinə zamanı futbolçunun əlində sınıq aşkarlanıb.

Bu səbəbdən qolkiper üç-dörd həftə müddətində meydana çıxa bilməyəcək.. Safonovun bərpa prosesinə yaxın günlərdə başlanacağı gözlənilir.

Qeyd edək ki, “Flamenqo”ya qarşı final görüşdə Matvey Safonov oyundan sonra penaltilər seriyasında dörd zərbəni dəf edərək komadasına qızıl medallar qazandırıb.

İdman.Biz
Məqalədə: