Pep Qvardiola çıxılmaz vəziyyətə düşüb - FOTO

Xəbərlər
18 Dekabr 2025 12:19
150
Pep Qvardiola çıxılmaz vəziyyətə düşüb - FOTO

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Pep Qvardiolanın restoran bağlanır. Mançesterin mərkəzində - “King Street”də yerləşən “Tast Catala” bu şənbə günü son dəfə qonaqları qəbul edəcək.

İdman.Biz “The Sun” nəşrinə istinadla xəbər verir ki, restoranın rəsmi açıqlamasında bağlanma qərarı “son dərəcə çətin ticarət şəraiti və artan xərclər”lə əsaslandırılıb. Məkan son yeddi ildə Qvardiolanın klub rəhbərliyi və yeni transferləri qəbul etdiyi əsas ünvanlardan biri olub.

“Tast Catala” 2018-ci ildə Pep Qvardiola, “Mançester Siti”nin icraçı direktoru Ferran Soriano və idman direktoru Txiki Beqiristain tərəfindən məşhur ispan aşpaz Pako Pereslə birlikdə yaradılmışdı. Restoran Kataloniya mətbəxini Mançesterə gətirməyi hədəfləyirdi.

Mətbuatda yer alan məlumatlara görə, bağlanmanın əsas səbəbləri arasında Böyük Britaniyada yeni büdcə qərarları, biznes vergilərinin artması, əməkhaqlarının yüksəlməsi, enerji xərcləri və istehlakçı xərclərinin azalması göstərilir. Xüsusilə restoran və pub sektorunun orta hesabla 76 faiz daha çox biznes rüsumu ödəyəcəyi bildirilir.

Qeyd edək ki, “Tast Catala” üç mərtəbədə 120 nəfərlik tutuma malikdir və yüksək seqmentli menyusu ilə seçilir. Restoranın son xidmət günü 20 dekabr tarixidir, istifadə olunmamış vauçerlərin isə avtomatik geri qaytarılacağı açıqlanıb.

İdman.Biz