Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb - FOTO

Xəbərlər
19 Dekabr 2025 11:02
36
Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb - FOTO

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə milli assosiasiyadan məlumat verilib.

Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.

Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/2027-cı illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

İdman.Biz
Məqalədə: