Danimarka millisinin 2018 Dünya Çempionatında baş məşqçisi olmuş Oqe Hareyde vəfat edib.
İdman.Biz xəbər verir ki, 72 yaşlı mütəxəssisin ölüm xəbərini Danimarka Futbol İttifaqı açıqlayıb.
Bildirilir ki, iyul ayında ona beyin xərçəngi diaqnozu qoyulmuşdu.
Təcrübəli çalışdırıcının son iş yeri 2023–2024-cü illərdə İslandiya millisi olub.
Oqe Hareyde uzun illər Skandinaviya futbolunda önəmli fiqurlardan biri kimi tanınıb.
