“Barselona” gənc hücumçu üçün hərəkətə keçib

Xəbərlər
19 Dekabr 2025 11:32
36
“Barselona” gənc hücumçu üçün hərəkətə keçib

Belçikanın “Brügge” klubunda çıxış edən 17 yaşlı hücumçu Yesse Bisivunun adı “Barselona”nın transfer planlarına daxil edilib.

İdman.Biz xəbər verir ki, katalon klubu gənc futbolçunu gələcək üçün perspektivli variant kimi dəyərləndirir.

İnsayder Saşa Tavolierinin məlumatına əsasən, “Barselona” artıq futbolçunun ətrafı ilə ilkin danışıqlar aparıb. Görüşlərdə mümkün keçidin 2026-cı ilin yayında reallaşması müzakirə olunub.

Qeyd edək ki, Yesse Bisivu “Brügge”nin akademiyasında yetişib və sürəti, driblinqi və təkbətək epizodlardakı effektivliyi ilə skautların diqqətini cəlb edir.

İdman.Biz