Nəriman Axundzadə “Qarabağ”ı tərk edir? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA + VİDEO

Xəbərlər
19 Dekabr 2025 11:08
111
Nəriman Axundzadə “Qarabağ”ı tərk edir? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA + VİDEO

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin qışda klubu tərk edəcəyi iddia olunub.

İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, o, karyerasını Avropada davam etdirəcək. Oyunçunun bu barədə həm kluba, həm də baş məşqçiyə məlumat verdiyi qeyd olunur.

Məsələ ilə bağlı İdman.Biz Ağdam təmsilçisinə sorğu ünvanlayıb. Klubdan saytımıza bildirilib ki, Nəriman Axundzadənin “Qarabağ”dan ayrılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Futbolçunun gedişi barədə nə kluba, nə də baş məşqçiyə hər hansı rəsmi müraciət daxil olmayıb və hazırda onun transferi ilə bağlı konkret təklif mövcud deyil”.

@idman.biz

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin qışda klubu tərk edəcəyi iddia olunub #qarabag #futbol #idman #klub

♬ оригинальный звук - Idman və Biz
İdman.Biz