“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

24 Noyabr 2026 00:42
57
“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı

“Qarabağ”ın əvəzedici komandası Qazaxıstanın “FK Akas” klubu ilə növbəti yoldaşlıq oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi ikinci qarşılaşmada rəqibini 4:1 hesabı ilə məğlub edib.

“Qarabağ”ın heyətində Daniel Arierhi, Əli İbrahim, Nicat Xasıyev və Şahismayıl Cəfərov fərqləniblər.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoxlama görüşündə Qazaxıstan təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı.

İdman.Biz