PSJ İbrahim Mbaye ilə müqaviləni uzadıb

Xəbərlər
18 Dekabr 2025 15:42
43
PSJ İbrahim Mbaye ilə müqaviləni uzadıb

Fransanın PSJ klubu İbrahim Mbaye ilə bağlı mühüm qərar verib. Paris təmsilçisi futbolçunun müqaviləsində yer alan müddətin uzadılması bəndini aktivləşdirib.

İdman.Biz xəbər verir ki, bu addımdan sonra Mbaye ilə müqavilənin müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.

PSJ daxilində İbrahim Mbaye klubun uzunmüddətli strategiyasının əsas fiqurlarından biri hesab olunur. Rəhbərlik gənc futbolçunun gələcək illərdə komandanın əsas dayaqlarından birinə çevriləcəyinə inanır və bu səbəbdən onunla bağlı davamlılıq xətti seçilib.

İdman.Biz

Məqalədə: