Fransanın PSJ və Braziliyanın “Flamenqo” komandaları arasında keçirilmiş Qitələrarası Kubokun finalından sonra Braziliya futbol ictimaiyyətində qalmaqal yaranıb.
İdman.Biz “Chron” saytına istinadla xəbər verir ki, “Flamenqo” azarkeşləri sosial şəbəkələrdə sərt reaksiya göstərərk PSJ-nin qapıçısı Matvey Safonovun penalti qurtarışı zamanı ayağının qapı xəttindən kənarda olduğunu iddia edirlər.
Onların fikrincə, sözügedən epizoda VAR-ın müdaxiləsi olmadığı üçün matçın nəticəsi dəyişib və bu qanunsuzdur. Azarkeş qrupları bunu “futbol tarixinin ən böyük soyğunçuluğu” adlandıraraq finalın yenidən keçirilməsini tələb edirlər.

Eyni zamanda, Braziliyanın başqa klublarının - “Kruzeyro”, “Fluminense” və “Palmeiras” azarkeşləri isə tam əks fikirdədirlər. Onlar Safonovun oyundakı çıxışını yüksək qiymətləndirərək qapıçını müdafiə edir, hətta abidə qoyulmasını belə təklif edirlər.
Rəsmi qurumlar hələlik bu barədə açıqlama verməyib.
