Azərbaycanın II Liqasında çıxış edən “Şəki” klubunda ciddi problem yaşanır. Komandanın futbolçuları rəhbərliyə qarşı boykot qərarı verib.
İdman.Biz xəbər verir ki, futbolçular mövsümün əvvəlindən etibarən maaşlarını ala bilmirlər. Bu səbəbdən son turda “Qaradağ-Lökbatan”la keçirilməli olan oyuna çıxmayıblar.
Futbolçular bildiriblər ki, yığılan borcların heç olmasa bir hissəsi ödənilməyənədək matçlara çıxmayacaqlar.
Yaşanan maliyyə böhranı klubun gələcəyi ilə bağlı suallar yaradıb. Mövcud vəziyyətin yaxın günlərdə necə həll olunacağı isə hələlik qeyri-müəyyəndir.
