İtaliya A Seriyası: “Yuventus” səfərdə “Bolonya”ya qalib gəldi - VİDEO

Xəbərlər
15 Dekabr 2025 01:45
50
İtaliya A Seriyası: “Yuventus” səfərdə “Bolonya”ya qalib gəldi - VİDEO

İtaliya A Seriyasının 15-ci turu çərçivəsində “Bolonya” - “Yuventus” qarşılaşması baş tutub.

İdman.Biz xəbər verir ki, oyunda minimal hesablı qələbəni Turin təmsilçisi qazanıb - 1:0.

Matçın taleyini 64-cü dəqiqədə “Yuventus”un əvəzetmədən meydana çıxan müdafiəçisi Xuan Kabal həll edib. Beş dəqiqə sonra “Bolonya”nın norveçli müdafiəçisi Torbyorn Heggem qırmızı vərəqə alaraq meydanı tərk edib və meydan sahibləri oyunu azlıqda davam etdirmək məcburiyyətində qalıblar.

Bu qələbə sayəsində “Yuventus” xal ehtiyatını 26-ya çatdıraraq turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Bolonya” isə 25 xalla altıncı yerə enib.

İdman.Biz