Türkiyə Super Liqası: “Göztepe” Qaziantepdə minimal hesablı qələbə qazandı

Xəbərlər
14 Dekabr 2025 18:10
67
Türkiyə Super Liqası: “Göztepe” Qaziantepdə minimal hesablı qələbə qazandı

Türkiyə Super Liqasının 16-cı turunda “Göztepe” səfərdə “Qaziantep” ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, görüş “Göztepe”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ilk hissəsi qolsuz başa çatıb.

Matçın 38-ci dəqiqəsində “Göztepe”nin futbolçusu Janderson fərqlənsə də, VAR-ın müdaxiləsindən sonra əllə oyun qeydə alınıb və qol ləğv edilib.

İkinci hissədə meydan sahibləri hesabı açmaq şansı yaxalayıb. 64-cü dəqiqədə “Qaziantep”nin xeyrinə penalti təyin olunub. Lakin 65-ci dəqiqədə Muhammed Bayonun zərbəsi dəqiq olmayıb.

Qonaqlar isə fürsəti qaçırmayıb. 69-cu dəqiqədə Janderson baş zərbəsi ilə topu qapıdan keçirərək “Göztepe”ni önə çıxarıb. Bu qol oyunda yeganə olub.

Bu nəticədən sonra “Göztepe” xallarının sayını 29-a çatdırıb. “Qaziantep” isə 23 xalla qalıb.

Növbəti turda “Göztepe” doğma meydanda “Samsunspor”u qəbul edəcək, “Qaziantep” isə səfərdə “Başakşehir”lə üz-üzə gələcək.

İdman.Biz

Məqalədə: