İtaliya A Seriyası: “Milan” liderliyini qoruyur, bəs qələbə seriyası davam edəcəkmi? – İDMAN.BİZ-in İCMALI

Xəbərlər
13 Dekabr 2025 15:00
63
İtaliya A Seriyası: “Milan” liderliyini qoruyur, bəs qələbə seriyası davam edəcəkmi? – İDMAN.BİZ-in İCMALI

İtaliya A Seriyasında 15-ci turun oyunları cümə günü start götürəcək və 15 dekabra qədər davam edəcək.

İdman.Biz xəbər verir ki, bu qarşılaşmalar skudetto uğrunda mübarizədə qüvvələr balansına ciddi təsir göstərə bilər.

“Milan” – “Sassuolo” (14 dekabr)

“Milan” tura lider kimi çıxır: komandanın 31 xalı var. Eyni göstərici “Napoli”də də mövcuddur, “İnter” isə bir xal geridə qalır. A Seriyasında son oyunda milanlılar “Torino” ilə görüşdə 0:2 hesablı geridönüş edərək 3:2 qalib gəliblər. Xəstəlikdən sonra meydana qayıdan Kristian Pulişiç həmin matçda dubl edib.

Lakin həmin oyunda Rafael Leau zədələnib və “Sassuolo” ilə qarşılaşmada iştirak etməyəcək.

Heyət baxımından meydan sahiblərinin vəziyyəti hələ də mürəkkəbdir. Leaunun yoxluğuna əlavə olaraq, Santyaqo Ximenes və Yussuf Fofananın da bu oyunda oynaması mümkün deyil. “Milan” üçün müsbət məqam ondan ibarətdir ki, komanda avrokuboklarda çıxış etmir və bu da dekabr ayında rəqiblərlə müqayisədə daha rahat təqvim deməkdir.

“Sassuolo” isə “San-Siro”ya səkkizinci pillədə və yaxşı əhval-ruhiyyə ilə gəlir. Komanda son turda “Fiorentina”nı 3:1 hesabı ilə məğlub edib. Bununla belə, “Reuters”in məlumatına görə, qonaqlar əsas hücumçuları Andrea Pinamontidən məhrum olublar - futbolçu ötən turda zədələnib. Bundan başqa, “Sassuolo”da Domeniko Berardi və Daniyel Boloka da zədə səbəbindən sıradan kənardadır.

A Seriyasının 15-ci turunun digər oyunları

“Leççe” – “Piza” (12 dekabr) – 1:0

“Torino” – “Kremoneze” (13 dekabr)

“Parma” – “Latsio” (13 dekabr)

“Atalanta” – “Kalyari” (13 dekabr)

“Fiorentina” – “Verona” (14 dekabr)

“Udineze” – “Napoli” (14 dekabr)

“Cenoa” – “İnter” (14 dekabr)

“Bolonya” – “Yuventus” (14 dekabr)

“Roma” – “Komo” (15 dekabr)

15-ci turun əsas oyunları ərəfəsində A Seriyasının turnir cədvəli

“Milan” – 31

“Napoli” – 31

“İnter” – 30

“Roma” – 27

“Bolonya” – 25

“Komo” – 24

“Yuventus” – 23

“Sassuolo” – 20

“Kremoneze” – 20

“Latsio” – 19

“Udineze” – 18

“Atalanta” – 16

“Leççe” – 16

“Kalyari” – 14

“Cenoa” – 14

“Parma” – 14

“Torino” – 14

“Piza” – 10

“Verona” – 9

“Fiorentina” – 6

Teymur Tuşiyev

İdman.Biz