Bakıdan uğurlu nəticə ilə qayıdan “Ayaks” heyətini yaponiyalı müdafiəçi ilə gücləndirəcək

Xəbərlər
11 Dekabr 2025 11:35
42
Bakıdan uğurlu nəticə ilə qayıdan “Ayaks” heyətini yaponiyalı müdafiəçi ilə gücləndirəcək

London “Arsenal”ının sabiq yaponiyalı müdafiəçisi Takehiro Tomiyasu yaxın vaxtlarda “Ayaks”ın futbolçusu ola bilər.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Şohey Baba məlumat yayıb.

Mənbənin məlumatına görə, qış transfer pəncərəsində Niderland klubu yapon futbolçu ilə mövsümün sonunadək qısamüddətli müqavilə imzalamağı planlaşdırır, 2026-cı ilin yayında isə ona uzunmüddətli anlaşma təklif oluna bilər.

Hazırda tərəflər son detalların razılaşdırılması üzərində çalışırlar. Xatırladaq ki, Tomiyasu azad agent statusundadır. Yayda o, 2021-ci ildən çıxış etdiyi London “Arsenal”ından ayrılıb.

Ötən mövsümdə 27 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasında yalnız bir oyunda meydana çıxıb. Qalan vaxtı isə o, dizindən aldığı zədədən sağalmaqla məşğul olub.

Məlumat üçün əlavə edək ki, ötən gecə UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turuna yekun vurulub. Azərbaycan çempionu “Qarabağ” Bakıda “Ayaks”la qarşılaşıb. Ağdam təmsilçisi Niderland klubuna 2:4 hesabı ilə uduzub.

İdman.Biz