“Sumqayıt” üç oyuna üç fərqli məşqçi ilə çıxır - MARAQLI FAKT

Xəbərlər
10 Dekabr 2025 16:16
81
“Sumqayıt” üç oyuna üç fərqli məşqçi ilə çıxır - MARAQLI FAKT

“Sumqayıt” futbol klubu Misli Premyer Liqasının son turlarında keçirilən qarşılaşmalarda artıq iki məşqçisini itirib.

İdman.Biz-in əldə etdiyi məlumata görə, futbol üzrə ölkə çempionatının 13-cü turunda komandanın baş məşqçisi Saşa İliç qırmızı vərəqə alıb.

14-cü turda isə onun köməkçisi Veliçko Kaplanoviç meydandan kənarlaşdırılıb.

Beləliklə, qarşıdakı 15-ci turda komandaya meydanda üçüncü məşqçi - Şahin Abdullayev rəhbərlik edəcək.

O, “İmişli” ilə oyundan sonra mətbuat konfransına Kaplanoviçin əvəzinə çıxmışdı.

Xatırladaq ki, Saşa İliç dörd oyunluq, Kaplanoviç isə bir matçlıq cəzalandırılıb. Əgər növbəti görüşdə Abdullayev də qırmızı vərəqə alsa, 16 turda komandaya yenidən Kaplanoviç rəhbərlik edəcək.

Vüqar Vüqarlı

İdman.Biz