“Sumqayıt” klubunun məşqçisi Veliçko Kaplanoviç bir oyunluq cəzalanıb - VİDEO

Xəbərlər
10 Dekabr 2025 14:39
50
“Sumqayıt” klubunun məşqçisi Veliçko Kaplanoviç bir oyunluq cəzalanıb - VİDEO

“Sumqayıt” klubunun məşqçisi Veliçko Kaplanoviç bir oyunluq cəzalanıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Mütəxəssis “İmişli” ilə matçda oyunun bərpasını ləngitdiyi üçün birbaşa qırmızı vərəqə alıb və bir oyunluq diskvalifikasiya edilib. “Sumqayıt” klubu isə 1000 manat cərimələnib.

“Sumqayıt” – “İmişli” matçında (1:0) qonaq komandanın dörd oyunçusu sarı vərəqə cəza aldığı üçün bölgə klubu 700 manat cərimə edilib.

İdman.Biz