Saşa İliç: “Dörd oyunluq cəza çox ağır qərardır”

Xəbərlər
4 Dekabr 2025 23:00
34
Saşa İliç: “Dörd oyunluq cəza çox ağır qərardır”

“Bu mərhələni keçmək çox vacib idi. Amma qənaətbəxş oyun göstərmədik”.

İdman.Biz bildirir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Difai” ilə oyundan sonra deyib.

Qarşılaşma 3:1 hesabı ilə “Sumqayıt”ın qələbəsi ilə qurtarıb.

“Çoxlu səhvlər etdik. Çempionatda belə oynamaq olmaz. Gənc oyunçuların potensialları var. Hər birinə güvənirəm. İnanıram ki, gələcəkdə nəticəsi olacaq. Səhvlərinin olması normaldır”, - İliç əlavə edib.

Baş məşqçi AFFA İntizam Komitəsinin ona 4 oyunluq cəza verməsini “çox ağır qərar” adlandırıb: “Heç kimi öldürməmişəm. Düşünürəm ki, iki oyunluq cəza kifayət edərdi. Çox emosional oyun keçmişdi. Bəzi sözləri serb dilində dedim. Sözlərim heç kimə ünvanlanmışdı. Oyundan sonra “Şamaxı”nın baş məşqçisi ilə görüşdüm və bu məsələni həll etdik”.

İdman.Biz