Kaxaber Tsxadadze: “Rəqibə yuxarıdan aşağı baxmaq olmaz”

Xəbərlər
4 Dekabr 2025 20:36
38
Kaxaber Tsxadadze: “Rəqibə yuxarıdan aşağı baxmaq olmaz”

“Qəbələ” üçün Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəlmək vacib idi”.

İdman.Biz bildirir ki, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze “Şəfa” ilə Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

“Qəbələ” – “Şəfa” qarşılaşması bölgə klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

“Kubokda növbəti mərhələyə yüksəlmək vacib idi. “Araz-Naxçıvan”la çətin oyundan sonra komandada yorğunluq var idi. İlk dəqiqələrin çətin olacağını bilirdik. “Şəfa” çox yaxşı komandadır. Kompakt şəkildə müdafiə olunurlar. Premyer Liqaya yüksəlməyə əsas namizədlərdən biridir. Qol vurduqdan sonra sakitləşdik. Bundan yaralanan rəqib hesabı bərabərləşdirdi.

Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çətin qrafikimiz var. Qarşıda bizi “Turan Tovuz”la oyun gözləyir. Bu qələbələr bizə inam verməlidir. Qış fasiləsinə kimi 3 vacib oyunumuz var. Çalışacağıq ki, maksimim xal toplayaq”, - baş məşqçi bildirib.

“Qırmızı-qaralar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

İdman.Biz