AFFA 4 komandaya texniki məğlubiyyət verdi

Xəbərlər
4 Dekabr 2025 14:50
35
AFFA 4 komandaya texniki məğlubiyyət verdi

AFFA 4 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

İdman.Biz xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-14 Qızlar Liqasında “Pirallahı” və “Ümid” komandalarına heyətdə yetərsay olmadığı üçün texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında “Ərgünəş” komandasına “Real”la matçda təcili tibbi yardım maşını və ya həkim briqadası təmin etmədiyinə, “Bakı”ya isə “Mərcanlı” ilə oyunda heyətində lisenziyası olmayan futbolçu oynatdığına görə texniki məğlubiyyət verilib.

İdman.Biz

Məqalədə: