Niko Uilyams “Real Madrid”in hədəfində - 90 milyon ödənilə bilər

Xəbərlər
4 Dekabr 2025 15:02
32
Niko Uilyams “Real Madrid”in hədəfində - 90 milyon ödənilə bilər

İspaniyanın “Real Madrid” futbol klubu “Atletik Bilbao”nun cinah hücumçusu Niko Uilyamsı transfer siyahısının başına yazıb.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi futbolçunun müqaviləsindəki 90 milyon avroluq (təxminən 166 milyon AZN) sərbəstqalma maddəsini ödəməyə hazırdır. Bu addım yalnız Vinisius Juniorun klubdan ayrılması halında aktivləşdiriləcək.

Uilyams bu mövsüm La Liqanın ən diqqətçəkən gənc hücumçularından biri kimi qiymətləndirilir və “Real Madrid” rəhbərliyi onun sürəti, driblinqi və kreativ oyununu Vinisiusun potensial boşluğunu doldura biləcək səviyyədə görür.

Hazırda tərəflər arasında rəsmi danışıqlar başlamasa da, Madrid klubunun planının hazır olduğu bildirilir.

İdman.Biz

Məqalədə: