Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah” səfərdə “İmişli”ni məğlub edib – 2:1. “Bayquşlar” bu nəticənin ardından ölkə kubokunda 1/4 final mərhələsinə yüksəlib.
Görüşdə “Sabah”ın qapısına təyin olunan penalti müzakirələrə səbəb olub.
Matçın ikinci hissəsində baş hakim Kamal Umudlu VAR müdaxiləsindan sonra qonaqların futbolçusu Umarali Raxmonaliyevin əllə oynadığını bildirərək penalti qərarı verdi. “Sabah” tərəfi isə bu qərarla razılaşmır, onların topun oyunçunun üzünə dəydini iddia edir.
Sabiq FIFA referisi Deniz Ateş Bitnel epiozdla bağlı şərh verib.
“Məncə, top üzünə dəyib. Ələ gələn top yumşalar, əl isə geri çəkilir. Topun yuxarı doğru sıçramasından da bunun üzə dəydiyini düşünürəm. Bir də ki, biz belə videonu dəfələrlə izləyib qərar verə bilmədiyimiz halda, VAR-ın müdaxiləsi qətiyyən yanlışdır”, - deyə o, idmanxeber.az-a açıqlamasında deyib.
