“Kəpəz” Misli Premyer Liqasının doqquzuncu turunda “Şəfa” ilə keçirəcəyi səfər matçının hazırlığına başlayıb.
İdman.Biz xəbər verir ki, Gəncə təmsilçisi məşqə fitnes zalında fiziki hazırlıqla başlayıb, daha sonra meydançada texniki-taktiki tapşırıqları yerinə yetirib.
Komandada ümumi əhval-ruhiyyə yüksəkdir və zədəli futbolçu yoxdur. Yalnız yüngül ağrılar hiss edən Namik Ələskərov məşqin meydançada keçirilən hissəsində iştirak etməyib. Təcrübəli futbolçu fitnes zalındakı çalışmaqla kifayətlənib.
Qeyd edək ki, “Şəfa” - “Kəpəz” qarşılaşması oktyabrın 24-də saat 16:30-da Sumqayıtdakı “SOCAR Polymer Arena”da başlayacaq.
