“Qarabağ”ın bu gün uduzacağını heç təsəvvür belə etmirəm” - Xatirə İslamın İDMAN.BİZ-ə AÇIQLAMASI

Xəbərlər
10 Dekabr 2025 13:10
58
“Qarabağ”ın bu gün uduzacağını heç təsəvvür belə etmirəm” - Xatirə İslamın İDMAN.BİZ-ə AÇIQLAMASI

Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” - “Ayaks” matçına cəmi bir neçə saat qalıb və ölkənin tanınmış simaları da matçla bağlı fikirlərini, proqnozlarını səsləndirirlər.

“Qarabağ” futbol klubunun himninin ifaçısı, tanınmış müğənni Xatirə İslam “Ayaks”la keçiriləcək oyunla bağlı proqnozunu İdman.Biz-lə bölüşüb.

Xatirə İslam bildirib ki, nə qədər çalışsa da, bəzən olur ki, komandanın beynəlxalq matçlarını izləməyə imkan tapmır:

“Qarabağ”ın iştirak etdiyi beynəlxalq oyunların heç birini buraxmamağa çalışıram, amma təəssüf ki, bu, həmişə mümkün olmur. Hazırda Moskvadayam. Burada da həmvətənlərimiz bu matçı səbirsizliklə gözləyirlər. Ümid edirəm ki, heç olmasa, “Ayaks”la oyunu televiziyadan izləyə biləcəyəm”.

Müğənni Amsterdam klubunun xal qazanmaq istəyi barədə də danışıb:

“Bilirəm ki, “Ayaks” əsas mərhələdə ilk xalını qazanmaq üçün hər şeyi edəcək. Amma nədənsə hiss edirəm ki, bu gün onlarda alınmayacaq. “Qarabağ”ın qələbəsinə inanıram. Hətta bu gün “Qarabağ”ın uduzmasını təsəvvür belə edə bilmirəm”.

O, oyunun nəticəsi ilə bağlı proqnozunu da açıqlayıb:

“Düşünürəm ki, matç 2:1 hesabı ilə Ağdam komandasının xeyrinə başa çatacaq”.

Qeyd edək ki, “Qarabağ” - “Ayaks” oyunu bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Vüqar Vüqarlı

İdman.Biz