Çempionlar Liqasının altıncı turunun son oyunları keçirilib.
İdman.Biz bildirir ki, “Real” “Mançester Siti”ni qəbul edib.
28-ci dəqiqədə Rodriqo Qoes hesabı açaraq “Kral klubu”nu irəli çıxarıb. 36-cı dəqiqədə Niko O'Reyli cavab qolunu vurub. 43-cü dəqiqədə Erlinq Holand penaltidən dəqiq zərbə endirərək İngiltərə komandasına qələbə qazandırıb - 2:1.
“Yuventus” və “Pafos” Turində üz-üzə gəliblər. Qarşılaşma turinlilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesab 67-ci dəqiqədə “Yuventus”un yarımmüdafiəçisi Veston Makkenninin qolu ilə açılıb. Cəmi altı dəqiqə sonra hücumçu Conatan Devid meydan sahiblərinin üstünlüyünü ikiqat artırıb.
“Bayer Leverkuzen” “Nyukasl”ı qonaq edib. Matç heç-heçəylə bitib - 2:2.
13-cü dəqiqədə “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeş öz qapısına qol vuraraq “Bayer”i irəli çıxarıb. 51-ci dəqiqədə qonaqların hücumçu Entoni Qordon penaltidən dəqiq zərbə endirərək hesabı bərabərləşdirib. 74-cü dəqiqədə yarımmüdafiəçi Luis Mayli “Nyukasl”ı irəli çıxarıb. 88-ci dəqiqədə ev sahiblərinin yarımmüdafiəçisi Alehandro Qrimaldo hesabı bərabərləşdirib.
“Budö-Qlimt” isə “Borussiya Dortmund”un qonağı olub.
18-ci dəqiqədə “Borussiya”nın yarımmüdafiəçisi Yulian Brandt ilk qolu vurub. 42-ci dəqiqədə “Budö-Qlimt”in müdafiəçisi Haytam Aleesami hesabı bərabərləşdirib. 51-ci dəqiqədə Brandt ikinci qolunu vuraraq meydan sahiblərini yenə irəli çıxarıb. 75-ci dəqiqədə qonaqların hücumçusu Yens Petter Hauge hesabı bərabərləşdirib - 2:2.
“Arsenal” səfərdə “Brügge” ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə londonluların qələbəsi ilə bitib.
Noni Madueke 25-ci dəqiqədə hesabı açıb, 47-ci dəqiqədə isə ikinci qolu vurub. Qabriel Martinelli 56-cı dəqiqədə londonluların üçüncü qoluna imza atıb.
Portuqaliyada “Benfika” “Napoli”ni sınağa çəkib. Oyun meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə qurtarıb.
20-ci dəqiqədə “Benfika”nın yarımmüdafiəçisi Riçard Rios oyunda ilk qolu vurub. 49-cu dəqiqədə yarımmüdafiəçi Leandro Barreyro Portuqaliya klubunun üstünlüyünü ikiqat artırıb.
Bilbaoda isə yerli “Atletik” PSJ ilə oynayıb. Matç qolsuz bərabərliklə başa çatıb.
23:48
Çempionlar Liqasının altıncı turunda “Vilyarreal” və “Kopenhagen” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, qonaqlar 3:2 hesabı ilə qalib gəliblər. Oyun “Estadio Cerámica”da (Vilyarreal) baş tutub.
Məhəmməd Elyunussi qonaqları ikinci dəqiqədə irəli çıxarıb, Santyaqo Komesana 47-ci dəqiqədə hesabı bərabərləşdirib. Elias Aşuri 48-ci dəqiqədə Danimarka komandasına yenidən irəli çıxarıb, Tani Oluvaseyi isə 56-cı dəqiqədə hesabı nira daha bərabərləşdirib. Andreas Kornelius 90-cı dəqiqədə qonaqların qələbə qolunu vurub.
09:24
Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin VI turuna yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, ikinci oyun günündə də doqquz matç reallaşacaq.
Bu gün baş tutacaq qarşılaşmaların siyahısını təqdim edirik:
UEFA Çempionlar Liqası
Əsas mərhələ
VI tur
10 dekabr
21:45 “Qarabağ” (Azərbaycan) - “Ayaks” (Niderland)
21:45 “Vilyarreal” (İspaniya) - “Kopenhagen” (Danimarka)
23:59 “Atletik Bilbao” (İspaniya) - PSJ (Fransa)
23:59 “Bayer Leverkuzen” (Almaniya) - “Nyukasl Yunayted” (İngiltərə)
23:59 “Benfika” (Portuqaliya) - “Napoli” (İtaliya)
23:59 “Borussiya Dortmund” (Almaniya) - “Budo/Qlimt” (Norveç)
23:59 “Brügge” (Belçika) - “Arsenal” (İngiltərə)
23:59 “Yuventus” (İtaliya) - “Pafos” (Kipr)
23:59 “Real Madrid” (İspaniya) - “Mançester Siti” (İngiltərə).
