“Sumqayıt” bugünkü oyuna neçə itki ilə çıxacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Xəbərlər
9 Dekabr 2025 16:30
44
“Sumqayıt” bugünkü oyuna neçə itki ilə çıxacaq? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Bu gün Misli Premyer Liqasının XV turu çərçivəsində “Sumqayıt” doğma meydanda “İmişli”ni qəbul edəcək.

Komandanın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev İdman.Biz-ə açıqlamasında qarşılaşma öncəsi itkilərlə bağlı məlumat verib.

“Ronaldo Vaskes cəzalıdır. Höccət Haqverdinin isə mikrozədəsi var. Onun oynayıb-oynamayacağına baş məşqçi qərar verəcək. Uzun müddətdir sıradan çıxan Ayxan Süleymanlı və artıq komandaya qayıdan İsa Sulimanı nəzərə almasaq, başqa zədəli futbolçumuz yoxdur”, - deyə Z.Xudiyev bildirib.

Qeyd edək ki, “Sumqayıt” - “İmişli” oyunu saat 19:30-da başlayacaq.

Yusif Sadıqlı

İdman.Biz

Məqalədə: