Bukmekerlər “Qarabağ”ı “Ayaks”la Bakıda keçiriləcək matçda favorit hesab edir - VİDEO

Təhlil
9 Dekabr 2025 10:40
94
Bukmekerlər “Qarabağ”ı “Ayaks”la Bakıda keçiriləcək matçda favorit hesab edir - VİDEO

10 dekabrda, Çempionlar Liqasının Bakıda keçiriləcək “Qarabağ” - “Ayaks” oyunu ərəfəsində futbol bukmekerlərində qarşılaşmanın proqnozuna dair göstəricilər açıqlanıb.

İdman.Biz-in məlumatına görə, aparıcı bukmeker kontorlarının orta əmsalları Azərbaycan çempionunun kiçik üstünlüyünü göstərir.

Bazarda “Qarabağ”ın qələbəsinə təklif olunan əmsallar 1.90-2.05 intervalında dəyişir. “Ayaks”ın şansları isə 3.30–3.60 aralığında qiymətləndirilir. Heç-heçə variantı orta hesabla 3.85-4.00 əmsalla təqdim olunur. Beləliklə, orta göstəricilər təxminən aşağıdakı kimidir: “Qarabağ”ın qələbəsi - 1.98, heç-heçə - 3.90, “Ayaks”ın qələbəsi - 3.47.

Bu göstəricilər nəzərə alındıqda, əksər bukmeker şirkətləri “Qarabağ”ı favorit sayır və Ağdam klubunun Amsterdam komandası üzərində ev oyununda daha real qələbə ehtimalına malik olduğunu düşünür.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində beş turdan sonra yeddi xal toplayaraq 19-cu pillədə qərarlaşıb. “Ayaks” isə xalsızdır və turnir cədvəlinin sonuncu pilləsində yer alır. Komandalar arasındakı oyun 10 dekabr, çərşənbə günü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

@idman.biz 10 dekabrda, Çempionlar Liqasının Bakıda keçiriləcək “Qarabağ” - “Ayaks” oyunu ərəfəsində futbol bukmekerlərində qarşılaşmanın proqnozuna dair göstəricilər açıqlanıb #championsleague #futbol #qarabag #ayaks #bukmeker #futbol #idman ♬ Idman və Biz - orijinal ses - Idman və Biz

Teymur Tuşiyev

İdman.Biz

Məqalədə: