Türkiyənin Super Liqasının 15-ci turunda “Trabzonspor” “Göztepe”nin qonağı olub.
İdman.Biz xəbər verir ki, oyuna damğasını vuran “Trabzonspor” klubunda icarə əsasında çıxış edən 24 yaşlı alban hücumçu Ernest Müçi olub.
Müçi 46-cı dəqiqədə komandasını hesabda önə keçirən ilk qolu vurub. Onun bu qolu həm də “Trabzonspor”un mövsümdə ikinci hissələrdə vurduğu ən erkən qol olub. 76-cı dəqiqədə Müçi bir daha fərqlənib.
Qoldan iki dəqiqə sonra Vaqner Pina qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Rəqibin say azlığından istifadə edən “Göztepe” 85-ci dəqiqədə Entoni Denisin qolu lə hesab arasındakı fərqi azaldıb – 1:2. Oyuna əlavə edilmiş 10 dəqiqə ərzində ev sahibi rəqib qapısına yol tapa bilməyib və 98-ci dəqiqədə “Göztepe”nin heyətindən Rhaldney də qırmızı vərəqə alıb.
"Trabzonspor" bu qələbədən sonra xalını 34-ə çatdıraraq ikinci sıraya yüksəlib. “Göztepe” isə 26 xalla dördüncü sırada qalıb.
