Mahir Emrelinin klubuna rədd cavabı

Xəbərlər
15 Dekabr 2023 17:09
417
Mahir Emrelinin klubuna rədd cavabı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Xorvatiyanın “Dinamo” klubu idman direktoru axtarışındadır.

İdman.biz xəbər verir ki, zaqreblilər Türkiyənin “Göztəpə” klubunda eyni vəzifəni icra edən həmyerliləri İvan Mensə təklif göndərib.

Lakin 40 yaşlı funksioner təklifi rədd edib.

Qeyd edək ki, Zaqreb “Dinamo”su 16 oyundan sonra 33 xalla Xorvatiya çempionatında ikincidir.

İdman.biz

Məqalədə: