Türkiyədə mərc qalmaqalına görə klub prezidentləri və futbolçular saxlanıldı - FOTO/VİDEO

Xəbərlər
5 Dekabr 2025 12:15
40
Türkiyədə mərc qalmaqalına görə klub prezidentləri və futbolçular saxlanıldı - FOTO/VİDEO

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən futbolda danışılmış oyun və mərc iddiaları ilə bağlı başladılan əməliyyat davam etdirilir.

İdman.Biz xəbər verir ki, 2023-2024 mövsümündə Türkiyə 2-ci Liqasında keçirilmiş bir matçla bağlı danışılmış oyun və mərc iddiaları əsasında aparılan istintaq çərçivəsində bir sıra klub prezidentləri və çoxlu sayda peşəkar futbolçu saxlanılıb.

Əməliyyat zamanı “Fənərbaxça” klubunun futbolçusu Mert Hakan Yandaş, “Qalatasaray”ın oyunçusu Metehan Baltacı və “Adana Dəmirspor”un sabiq prezidenti Murat Sancak da gözaltına alınanlar arasında yer alıb.

Məlumata görə, hüquq-mühafizə orqanları paralel olaraq bir neçə şəhərdə əməliyyat keçirib və şübhəli şəxslər prokurorluğa aparılıb. İstintaqın ilkin mərhələsində əldə olunan məlumatların əməliyyatın daha da genişlənə biləcəyini göstərdiyi bildirilir.

Hazırda saxlanılan şəxslərin ifadələri alınır, istintaq davam edir. Rəsmi qurumlar tərəfindən yaxın saatlarda məsələ ilə bağlı daha geniş açıqlamanın verilməsi gözlənilir.

İdman.Biz