Hindistan Super Kubokunda nadir hadisə: Alt paltarına görə qırmızı vərəqə aldı - VİDEO

Xəbərlər
5 Dekabr 2025 12:06
26
Hindistan Super Kubokunda nadir hadisə: Alt paltarına görə qırmızı vərəqə aldı - VİDEO

Hindistan Super Kubokunun yarımfinalında “Goa” və “Mumbai City” komandaları arasında matç öncəsi nadir hadisə baş verib.

İdman.Biz xəbər verir ki, “Goa”nın kapitanı İker Guarrotxena komandalar hələ meydançaya çıxmamışdan əvvəl qırmızı vərəqə alıb.

Hadisə oyunçular tüneldə düzülərkən baş verib. Hakim İ.Guarrotxenaya göy rəngdə alt paltarının oyun qaydalarına uyğun gəlmədiyini bildirərək dəyişməsini tələb edib.

İ.Guarrotxenanın cavabı dissent kimi qiymətləndirilib və ona birbaşa qırmızı vərəqə göstərilib.

“Goa”nın baş məşqçisi Manolo Marquez bildirib ki, o, məsələnin həll olunacağını gözləyirmiş, lakin iki dəqiqə sonra kapitanlarının kənarlaşdırıldığını öyrənib.

İdman.Biz