Niderland Erediviziyasının 14-cü turunda “Ayaks” “Qroningen”i qəbul edib.
İdman.Biz “Haber Global”a istinadən xəbər verir ki, matç azarkeşlərin meydana fişəng və digər alışqan maddələr atmasından sonra yarımçıq dayandırılıb.
“Ayaks” rəsmiləri “Yohan Kroyf Arena”da baş verənləri qalmaqal adlandırıb və üzr istəyiblər.
Onlar təqsirkarların müəyyən edilməsi üçün kamera görüntülərinin nəzərdən keçiriləcəyini və lazımi tədbirlərin görüləcəyini açıqlayıblar.
Qeyd edək ki, Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqası çərçivəsində dekabrın 10-da Tofiq Bəhramov adına stadionda “Ayaks”ı qəbul edəcək.
