Səudiyyə Ərəbistanının “Əl İttihad” klubu Madrid “Real”ının futbolçusu David Alabanı heyətinə qatmaq istəyir.
İdman.biz xəbər verir ki, ərəblər avstriyalı müdafiəçinin ilinə 20 milyon avro verməyə razı olduqlarını açıqlayıblar.
Alaba isə təklifi dəyərləndirməyib. 31 yaşlı futbolçu karyerasını “Kral klubu”nda davam etdirməkdə maraqlıdır.
Qeyd edək ki, “Əl İttihad” daha öncə “Real”ın ulduzu Kərim Benzemanı heyətinə qatıb.
İdman.biz
