UEFA Çempionlar Liqası: “Qarabağ”ın qapıçısının üç seyvi ən yaxşılar sırasına düşüb - VİDEO

Xəbərlər
26 Noyabr 2025 09:44
32
UEFA Çempionlar Liqası: “Qarabağ”ın qapıçısının üç seyvi ən yaxşılar sırasına düşüb - VİDEO

“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin üç qurtarışı Çempionlar Liqasının günün ən yaxşıları siyahısına düşüb.

İdman.Biz xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı qolkiperin İtaliyada “Napoli” ilə oyunda penaltini dəf etdiyi epizodla yanaşı, digər iki seyvi də “6-lığ”a düşüb.

Avropa futbol qurumu paylaşımda “qapıçılar bu gecə ən yaxşı formadadırlar. Ən yaxşısı hansıdır?” deyə sorğu da başladıb.

Qeyd edək ki, “Napoli” - “Qarabağ” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz