Danimarka və Norveç milli komandalarının sabiq baş məşqçisi Oqe Hаreydenin beyin xərçəngi ilə mübarizə apardığı açıqlanıb.
İdman.Biz xarici mətbuata istinadən xəbər verir ki, 72 yaşlı norveçli mütəxəssisə bu diaqnoz 2025-ci ilin iyul ayının sonlarında qoyulub. O, artıq kimyaterapiya kursu keçib. Hareydenin güclü təsirə malik dərmanlar qəbul etməsi nəticəsində orqanizminin zəiflədiyi bildirilib. Hazırda onun hərəkətlərində və nitqində problemlər müşahidə olunur.
Mütəxəssis bununla da məşqçilik fəaliyyətinə son qoyduğunu söyləyib.
