Samir Əliyev: “Ağdam təmsilçisinin nəticələri heç də təsadüfi deyil”

Xəbərlər
25 Noyabr 2025 13:51
22
Samir Əliyev: “Ağdam təmsilçisinin nəticələri heç də təsadüfi deyil”

“Qarabağ”ın Çempionlar Liqasında həm “Benfika”nı, həm də “Kopenhagen”i məğlub etməsi, “Çelsi” ilə heç-heçə oynaması bu turnirdəki növbəti rəqiblərin Azərbaycan təmsilçisinə daha ciddi yanaşmasını şərtləndirir”.

Bu sözləri Azərbaycanın U-21 millisinin sabiq baş məşqçisi Samir Əliyev deyib.

46 yaşlı mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Napoli”yə qarşı keçirəcəyi oyundan gözləntilərini bölüşüb:

“Qarabağ”ın Çempionlar Liqasında oynadığı keyfiyyətli oyun və 7 xal onun göstərir ki, Ağdam təmsilçisinin nəticələri heç də təsadüfi deyil. “Qarabağ” istər evdə, istərsə də səfərdə xal və ya xallar qazanmağa malik gücdədir. Bu baxımdan “Napoli” ilə səfərdəki oyun maraqlı olacaq. “Napoli” öz meydanında, öz azarkeşlərinin dəstəyi altında oynayacaq. Ümid edək ki, təmsilçimiz inamlı futbol sərgiləyərək ən azı məğlub olmayacaq”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, bu gün “Stadio Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.

İdman.Biz