“Düşünürəm ki, “Neftçi” kimi çox güclü rəqibə qarşı yüksək səviyyədə çıxış etdik və yekun nəticə komandamızın birliyinin və qətiyyətinin bariz göstəricisi oldu”.
Bu sözləri “İmişli”nin futbolçusu Edvin Banquera deyib.
Misli Premyer Liqasının XII turunda “Neftçi” ilə qarşılaşmada komandasının qələbə qolunu vuran kolumbiyalı müdafiəçi oyunu şərh edib:
“Əlbəttə, komandamın qələbə qolunu vurduğum üçün xoşbəxtəm. Məni daha çox sevindirən qazandığımız böyük qələbədir. Heç kim bizdən bu nəticəni gözləmirdi. İnanıram ki, uğurun sirri hər gün səssiz və ardıcıl şəkildə gördüyümüz işdədir. Hamımız məhz belə anlar üçün çalışırıq və qeyd etdiyim kimi, bu uğurun təməlində inamımız, birliyimiz və fədakarlığımız dayanır. Nəticə isə bunun ən aydın təzahürü oldu”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, lider “Qarabağ”dan 11 xal geri qalan “Neftçi” 15 xalla 8-ci yeri tutur. “İmişli” isə eyni xalla yeddincidir.
