“Turan Tovuz” Misli Premyer Liqasında 150-ci qolunu vurdu

Xəbərlər
24 Noyabr 2025 14:40
26
“Turan Tovuz” Misli Premyer Liqasında 150-ci qolunu vurdu

“Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolu vurub.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.

“Araz-Naxçıvan”la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov yubiley qolunun müəllifi olub.

Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.

Qeyd edək ki, Misli Premyer Liqasında debütü 2022/2023 mövsümünə təsadüf edən “Turan Tovuz”un ilk qolunu 2022-ci il avqustun 13-də, “Səbail”lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.

İdman.Biz