Misli Premyer Liqasının XII turu “Sabah” üçün yubiley heç-heçəsi ilə əlamətdar olub

Xəbərlər
24 Noyabr 2025 15:10
39
Misli Premyer Liqasının XII turu “Sabah” üçün yubiley heç-heçəsi ilə əlamətdar olub

Misli Premyer Liqasının XII turu “Sabah” klubu üçün yubiley heç-heçəsi ilə əlamətdar olub.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Bakı təmsilçisi turnirdə 60-cı dəfə meydandan 1 xalla ayrılıb.

Bu, “Şamaxı” ilə qarşılaşmaya təsadüf edib – 0:0. “Sabah” Premyer Liqada keçirdiyi 223-cü matçda 60-cı “sülh”lə kifayətlənib. Paytaxt təmsilçisi çempionatlar tarixində 60 və ya daha çox heç-heçə edən 14-cü komandadır. Bakılılar evdə 32, səfərdə 28 dəfə bərabərə qalıb.

Qeyd edək ki, yarışın 33 illik tarixində ən çox heç-heçə edən komanda “Neftçi”dir - 222.

İdman.Biz

Məqalədə: