Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştianu Ronaldu karyerasının 954-cü qolunu vurub.
İdman.Biz xəbər verir ki, portuqaliyalı ulduz cərimə meydançasında aldığı ötürməni havada akrobatik şəkildə qapıya göndərərək yenidən diqqət mərkəzinə düşüb.
40 yaşına yaxınlaşmasına baxmayaraq, Ronaldu fiziki hazırlığı və zərbə texnikası ilə azarkeşləri heyrətləndirməyə davam edir. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə böyük izlənmə toplayıb və geniş müzakirələrə səbəb olub.
