İtaliya A seriyası: “Roma” “Kremoneze”ni, “Latsio” isə “Leççe”ni məğlub etdi, derbidə “Milan“ qalib gəldi - VİDEO

Xəbərlər
24 Noyabr 2025 01:50
149
İtaliya A seriyası: “Roma” “Kremoneze”ni,  “Latsio” isə “Leççe”ni məğlub etdi, derbidə “Milan“ qalib gəldi - VİDEO

İtaliya A Seriyasının XII turundakı son qarşılaşma “İnter“ - “Milan“ derbisi olub.

İdman.Biz xəbər verir ki, oyunda yeganə qolu 54-cü dəqiqədə “Milan“ın heyətindən Pulişiç vurub. 71-ci dəqiqədə “İnter“ penalti qazansa da, Maiqnan Hakan Çalhanoğlunun zərbəsini dəf edib.

23:40

İtaliya A Seriyasının XII turunda növbəti oyun “Latsio” və “Leççe” arasında keçirilib. Roma təmsilçisi oyunu 2:0 hesabı ilə qələbə ilə tamamlayıb.

İdman.Biz xəbər verir ki, Matteyo Qenduzi 29-cu dəqiqədə hesabı açıb. Teyyanni Noslin isə 90+6-cı dəqiqədə fərqi iki topa yüksəldib.

Bu nəticədən sonra “Latsio” 18 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 10 xala malik “Leççe” isə A Seriyasında 16-cı sırada yer alır.

20:15

İtaliya A Seriyasının XII turunda keçirilən “Kremoneze” - “Roma” qarşılaşması başa çatıb. “Roma” səfərdə 3:1 hesabı ilə qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Matias Soule 17-ci dəqiqədə hesabı açıb. Evan Ferqyuson 64-cü dəqiqədə fərqi iki topa yüksəldib, Uesli Fransa isə 69-cu dəqiqədə komandasının üçüncü qoluna imza atıb. Meydan sahiblərindən Françesko Folino 90+3-cü dəqiqədə bir qolla cavab verə bilib.

Bu nəticədən sonra “Kremoneze” 14 xalla liqanın 11-ci pilləsində qərarlaşıb. 27 xala malik “Roma” isə turnir cədvəlinin zirvəsində yer alıb.

İdman.Biz