“Qarabağ” futbolçuları İtaliyaya yola düşüblər - FOTO

Xəbərlər
23 Noyabr 2025 18:30
32
“Qarabağ” futbolçuları İtaliyaya yola düşüblər - FOTO

“Qarabağ” futbol klubunun üzvləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Napoli” - “Qarabağ” matçı üçün İtaliyaya yola düşüblər.

İdman.Biz xəbər verir ki, bu barədə komandanın sosial şəbəkə hesabında paylaşım edilib.

Xatırladaq ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 25-dən 26-a keçən gecə, saat 00:00-da Neapolun “Dieqo Armando Maradona” stadionunda keçiriləcək.

Qeyd edək ki, dörd turdan sonra “Qarabağ” 7 xalla 15-ci, “Napoli” isə 4 xalla 24-cü yerdədir.

İdman.Biz

Məqalədə: